Ukraynadan “Starlink”i sınaqdan keçirdi – Saatda 400 km-dən çox sürət
Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı sabit işlədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, “Ukraynskaya Pravda”nın məlumatına görə, oktyabrın 24-də Ukrayna Müdafiə Qüvvələri və Müdafiə Nazirliyinin mütəxəssisləri sistemləri sınaqdan keçiriblər.
İlkin sınaqlarda rabitənin saatda 161 kilometrdən artıq sürətdə işlədiyi qeydə alınıb. Daha sonra nazirlik sistemlərin saatda 400 kilometrdən yüksək sürətdə də sabit bağlantı təmin etdiyini bildirib.
Müdafiə Nazirliyi rabitənin daha yüksək sürətlərdə işləmək imkanlarını və maksimal sürət həddini müəyyənləşdirmək üçün sınaqların davam etdirildiyini açıqlayıb.
Türkan İsgəndərli