Ukrayna Putinin vətənini vurdu - VİDEO
Ukrayna ordusu səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Wildberries” logistika mərkəzinin iki anbarına PUA-larla zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, zərbələrdən sonra anbarlarda yanğın baş verib.
Şirkət anbarların fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.