Ukrayna PUA-ları yenidən Moskva səmasında: HHM-lər aktivləşdi - VİDEO

Ukrayna PUA-ları yenidən Moskva səmasında: HHM-lər aktivləşdi - VİDEO
22.06.2026 08:33 Dünya

Rusiyanın paytaxtı Moskva gecə Ukraynaya aid pilotsuz uçan aparatların (PUA) kütləvi hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, Rusiya rəsmilərinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri (HHM) şəhər istiqamətində uçan 58 dronu zərərsizləşdirib.

Məlumata görə, paytaxta yönələn bütün dronlar vurulub və hadisə yerində operativ xidmətlər işləyir.

Hücum fonunda təhlükəsizlik məqsədilə bəzi aeroportlarda uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər