Ukrayna nüvə yanacağı istehsalı kompleksi tikməyi planlaşdırır

Dünya

01.04.2026 07:30

"Energoatom" şirkəti Ukraynanın Nikolayev vilayətində atom elektrik stansiyaları üçün nüvə yanacağı istehsalı kompleksi tikməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilib.

Məlumata görə, yeni müəssisə Cənubi Ukrayna şəhər ərazi birliyinin ərazisində inşa olunacaq. Kompleksdə Ukrayna atom elektrik stansiyaları üçün yanacaq yığımlarının istehsalı nəzərdə tutulur.

"Bu, yerli atom energetikası tarixində yeni səhifə açan strateji qərardır" - deyə açıqlamada vurğulanıb.

Bildirilir ki, kompleks ABŞ-nin "Westinghouse" şirkətinin texnologiyaları əsasında fəaliyyət göstərəcək. Ukrayna Nazirlər Kabineti tikinti ilə bağlı müvafiq qərar qəbul etsə də, işlərin dəqiq başlama tarixi hələlik açıqlanmayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna,Nüvə,Energoatom,Westinghouse,TodayPress TV,