Çində sel faciəyə səbəb oldu - Ölənlər var
Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində sel nəticəsində iki nəfər həlak olub, daha üç nəfər isə itkin düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Təbii fəlakət Pançjixua şəhərinin Yanbyan qəzasının Çjilyuhe kəndində baş verib. Hadisə Şitszyaqou tuneli ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, fəlakət nəticəsində beş nəfər itkin düşmüş hesab olunurdu. Xilasedicilər onlardan ikisini tapsalar da, hər ikisinin həlak olduğu məlum olub. Daha üç nəfərin axtarışları isə davam etdirilir.
Aysel Mətləb