Ukrayna ilə ABŞ təhlükəsizlik sənədini yekunlaşdırır
Dünya
08.01.2026 17:21
"Kiyev və Vaşinqton arasında Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd demək olar ki, ən yüksək səviyyədə imzalanmağa hazırdır".
TodayPress TV "Tass"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Teleqram"da bildirib.
Zelenski qeyd edib ki, sənəddə yenidənqurma və iqtisadi inkişafla bağlı məsələlər, eləcə də müharibənin bitməsi üçün əsas çərçivə müzakirə olunub.
Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Fransadakı danışıqların nəticələrini təqdim edib. Yanvarın 6-da Parisdə Britaniya və Fransanın rəhbərlik etdiyi koalisiyanın üzvləri Kiyevlə “Güclü və Davamlı Sülh üçün Etibarlı Təhlükəsizlik Zəmanətləri” adlı bəyannamə imzalayıblar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə sənədin dinc nizamlamadan uzaq olduğunu və Ukrayna ərazisində çoxmillətli qüvvələrin yerləşdirilməsini tələb etdiyini bildirib.
Həmçinin sənəddə Ukrayna və NATO ölkələrinin hərbi-sənaye komplekslərinin birləşməsindən də söhbət gedir.
Jalə Rövşən
tag: Volodimir Zelenski,Ukrayna ,Mariya Zaxarov,Rüstəm Umerov,Todaypress.tv,
