Üç ölkə İranla müharibənin bitməsini istəmirlər
Dünya
31.03.2026 21:10
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla ABŞ-nin Fars körfəzindəki müttəfiqləri Ağ Ev lideri Donald Trampı İrana qarşı müharibəni davam etdirməyə çağırır və Tehranın bir aylıq bombardmanlarla kifayət qədər zəifləmədiyini bildirirlər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ, Körfəz və İsrail rəsmiləri “Associated Press”ə məlumat veriblər.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn rəsmilərinin sözlərinə görə, onlar İranın rəhbərliyində və ya davranışında fundamental dəyişiklik olana qədər hərbi əməliyyatın bitməsini istəmirlər.
Eyni zamanda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Tehrana qarşı hərbi təzyiqin artırılması çağırışları edirlər.
Aysel Mətləb
tag: İran,Səudiyyə Ərəbistanı,Birləşmiş Ərəb Əmirlikləri,Küveyt ,Bəhreyn,
