Türklər kosmosu “fəth etməyə” hazırlaşır

Türklər kosmosu “fəth etməyə” hazırlaşır
14.08.2026 01:42 Dünya

Türkiyə öz kosmodromunu inşa edir və kosmik buraxılışlarda müstəqilliyini artırmağa hazırlaşır.

TodayPress TV bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, Ankara Somalidə öz kosmodromunu tikir.

Ekvatorial bölgədə yerləşməsi Yerin fırlanma sürətindən istifadə etməyə və raketlərin buraxılış xərclərini azaltmağa imkan verəcək.

Nazir qeyd edib ki, layihənin qısa müddətdə tamamlanacağı və Türkiyənin öz istehsalı olan raketlərlə hazırladığı peyk və kosmik aparatları öz kosmodromundan orbitə çıxara biləcəyi gözlənilir.

Bundan əlavə, Türkiyə yeni beynəlxalq kosmik stansiyaların layihələrində də iştirak etməyi planlaşdırır. Ankara bu layihələrdə texnoloji komponentləri hazırlayan və istehsal edən ölkə kimi çıxış etmək niyyətindədir.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər