Türkiyəli aktyor reanimasiyaya yerləşdirildi

Türkiyəli aktyor reanimasiyaya yerləşdirildi
01.12.2025 22:40 Dünya

Türkiyəli aktyor Murat Cemcir reanimasiyaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, Cemcirin daxili qanaxması başlayıb.

Yaxınlarının verdiyi məlumata görə, məşhur sənətçinin divertikulyar qanaxması olduğu anlaşılıb və dərhal lazımi müdaxilələr edilib. Müalicəsinə müsbət cavab verən Cemcirin bu gün reanimasiyadan çıxarılması gözlənilir.

Sənətçinin müalicəsi bir müddət xəstəxanada davam edəcək.

Qeyd edək ki, aktyor “Düğün dernek”, “Kardeş payı”, “Babab parası”, “Mahalleden arkadaşlar” və s. layihələrdə rol alıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər