Türkiyədən BÖYÜK dəstək: Tonlarla yardım...

Türkiyədən BÖYÜK dəstək: Tonlarla yardım...
27.04.2026 20:30 Dünya

Fəlakət və Təcili Yardım İdarəsi (AFAD) və Türkiyə Qızıl Aypara Cəmiyyətinin Livandakı didərgin düşmüş ehtiyaclı ailələr üçün göndərdiyi 730 tonluq humanitar yardım daşıyan gəmi paytaxt Beyruta çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, yardımlara 7 min 200 çadırla yanaşı, qida və sığınacaq ləvazimatları, həmçinin gigiyenik bağlamalar daxildir.

Türkiyədən göndərilən yardımların Livanın Yüksək Yardım Komitəsinə təhvil verilərək, qısa müddətdə didərgin düşmüş ailələrə çatdırılması planlaşdırılır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər