Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparıldı
Suriya hökumətinin və Livanın "Hizbullah" hərəkatının nümayəndələri tərəflər arasında gərginliyi azaltmaq məqsədilə Türkiyədə birbaşa danışıqlar aparıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat verib.
Görüş ötən ay azı bir dəfə baş tutub və qapalı formatda keçirilib.
Danışıqlarda "Hizbullah" nümayəndələri, eləcə də Suriya kəşfiyyat orqanlarının və Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər. Görüş gərginliyin azaldılması səyləri çərçivəsində Türkiyə təhlükəsizlik və kəşfiyyat orqanlarının dəvəti ilə baş tutub.