Türkiyədə hərbi helikopter qəzaya uğradı
Türkiyənin paytaxtı Ankara şəhərində hərbi nəqliyyat helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Quru Qoşunlarının Aviasiya Komandanlığına aid "CH-47" nəqliyyat helikopteri təlim uçuşu zamanı hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.
"Heyətimiz arasında hər hansı xəsarət alan yoxdur. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək", - deyə nazirlikdən edilən yazılı açıqlamada qeyd olunub.
Aysel Mətləb