Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür
Türkiyənin Təhsil Nazirliyinin müfəttişləri İstanbulda erməni məktəblərində yoxlamalara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İddialara əsasən, müfəttişlər məktəb rəhbərliklərindən Ermənistan vətəndaşlığı olan şagirdlərin qəbulunu dayandırmağı tələb ediblər.
Bildirilir ki, həmin şagirdlərə təhsillərini Türkiyə məktəblərində davam etdirmək təklif olunub.
Məlumatın rəsmi təsdiqi barədə məlumat verilmir.
Kübra Musayeva