Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı

Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı
15.08.2026 19:04 Dünya

Türkiyədə müxtəlif ağır cinayətlərdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

TodayPress TV Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polisi arasında əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs Türkiyəyə gətirilib.

Belə ki, həmin şəxs qəsdən adam öldürmə, narkotik vasitələrlə bağlı cinayətlər, eləcə də qanunsuz odlu silah və sursat əldə etmə və ya daşıma ittihamları üzrə axtarışda olub.

Türkiyə tərəfi əməliyyatda əməkdaşlığa görə Azərbaycan Daxili İşlər Nazirliyinə təşəkkür edib.

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər