Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var
Türkiyənin İsparta vilayətində turistləri gəzdirən mikroavtobusun idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
TodayPress TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspartanın Gelendost rayonunda baş verən hadisə nəticəsində yaralanan 16 nəfərdən 5-inin vəziyyəti ağırdır.
Məlumata görə, mikroavtobusun sürücüsü güclü yağış səbəbilə idarəetməni itirib.
Daha sonra içərisində sərnişinlərin olduğu mikroavtobus dərəyə yuvarlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.