Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanıldı

Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanıldı
11.09.2026 11:09 Dünya

Türkiyənin İzmir vilayətinin Seferihisar rayon Bələdiyyəsinə yönəlik rüşvət və qanunsuzluq əməliyyatında aralarında bələdiyyə işçiləri və podratçıların da olduğu 43 şübhəli saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "Haber Global" yayıb.

Bildirilib ki, Seferihisar Bələdiyyəsində tikinti və abadlıq işlərində rüşvət alınıb-verildiyinə, bələdiyyədə tender və birbaşa satınalmalarda qanunsuzluq edildiyinə dair İzmir prokurorluğunda cinayət işi başlanıb.

Məlumata görə, barələrində saxlanılma qərarı verilən 48 şübhəlinin yaşadığı ünvanlarda əməliyyat təşkil edilib, axtarış aparılıb. Əməliyyatda 43 şübhəli tutulub.

İstintaqdan yayınmış 5 şübhəlinin tutulması istiqamətində əməliyyat davam edir.
XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər