Türkiyə Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır
Dünya
19.04.2026 15:59
"Ankara Ukrayna ilə bağlı həm texniki, həm də yüksək səviyyəli danışıqları təşkil etməyə hazırdır".
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O qeyd edib ki, ötən yay tərəflər üç dəfə Istanbul şəhərində bir araya gətirilib və Türkiyə yenidən belə görüşlərə ev sahibliyi edə bilər. Nazir əlavə edib ki, İran və ABŞ arasında gərginliyin artması Ukrayna məsələsinə qlobal diqqətin azalmasına səbəb olub.
Fidan vurğulayıb ki, Ukraynada sülhə nail olmaq üçün diplomatik səylər davam etdirilməlidir.
Eyni zamanda, NATO Hərbi Komitəsinin keçmiş rəhbəri Rob Bauer bildirib ki, mövcud şəraitdə münaqişədə tərəflərdən birinin klassik hərbi qələbə qazanması ehtimalı azdır.
Bauer həmçinin qeyd edib ki, Qərb ölkələri bu münaqişədən nəticə çıxarmalı və gələcək strategiyalarını buna uyğun qurmalıdır.
Türkan İsgəndərli
tag: Türkiyə,Rusiya,Ukrayna,Sülh,Todaypress.tv,
