Trampdan Kuba ilə bağlı açıqlama: “Onlara kömək edəcəyik”

Dünya

21.05.2026 21:53

ABŞ Kuba xalqına kömək etməyə çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

O, son günlərdə ABŞ təyyarədaşıyan gəmisinin Kuba yaxınlığına gəlməsinin ada dövlətinin hökumətini qorxutmaq məqsədi daşıdığını təkzib edib.

Trampdan bu həftə təyyarədaşıyan gəminin bölgəyə yerləşdirilməsinin Havanaya bir xəbərdarlıq mənası daşıyıb-daşımadığı soruşulanda cavab verib:

"Xeyr, qətiyyən elə deyil. Kubalılar... Baxın, bura uğursuz bir ölkədir. Hamı bilir ki, onların işığı yoxdur, pulları yoxdur, faktiki olaraq heç nəyi yoxdur. Ərzaqları yoxdur, biz onlara dəstək olacağıq və onlara kömək edəcəyik".

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ ,Kuba ,Donald Tramp,TodayPress TV,