Tramp Zelenskiyə söz verdi
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşündə ərazilərlə bağlı məsələni müzakirə etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “NBC” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp bunu Avropa İttifaqı liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə onlayn konfrans zamanı bəyan edib. Mənbələr bildirir ki, ABŞ lideri qeyd-şərtsiz atəşkəsə nail olmağı hədəfləyir və onun fikrincə, istənilən sülh danışıqlarında Kiyev mütləq iştirak etməlidir.
Qiymət Mahir