Tramp Venesuelanın neftinə “əl uzadır” - Yeni PLAN

Tramp Venesuelanın neftinə “əl uzadır” - Yeni PLAN
27.08.2026 22:20 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela ilə böyük neft sazişi bağlamağa yaxındır.

TodayPress TV xəbər verir ki, “Axios”un məlumatına görə, sazişin imzalanacağı təqdirdə ABŞ şirkətləri Venesueladakı ondan çox neft yatağında pay əldə edə biləcək. Bu isə amerikalı şirkətlərə dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına çıxış imkanı verəcək.

Məlumata əsasən, həmin yataqlarda hasilatın gündəlik 90 milyon barrelə qədər artırılması mümkün ola bilər. ABŞ investisiyalarının Venesuelanın böhran yaşayan neft sənayesinin bərpasına, eləcə də ölkənin neft gəlirlərinin artırılmasına kömək edəcəyi gözlənilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər