Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər

Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər
02.08.2026 12:45 Dünya

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və ABŞ Prezidenti Donald Tramp telefon vasitəsilə Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Saudi Press" agentliyi məlumat yayıb.

"Vəliəhd şahzadə gərginliyin azaldılması üçün dialoq dilinə üstünlük verilməsinin, həmçinin vəziyyətin sabitləşməsi üçün mümkün olan bütün səylərin vacibliyini vurğulayıb", - deyə agentlik qeyd edib.

Məhəmməd bin Salman Əl Səud bildirib ki, bu, regionda təhlükəsizliyi qoruyub saxlamağa imkan verəcək diplomatik nizamlanma üçün şərait yaradacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər