Tramp Ukraynadakı münaqişəni həll edəcəyinə söz verdi
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni həll edəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə, o, Vaşinqtonda ABŞ-nin təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nda çıxışı zamanı danışıb.
Tramp çıxışında adətən Ukraynadakı vəziyyət adlandırdığı “doqquzuncu münaqişə”nin yaxın vaxtlarda nizamlanacağını qeyd edib:
“Biz səkkiz müharibəni nizamlamışıq və düşünürəm ki, doqquzuncu da yaxınlaşır. Məlum oldu ki, onu həll etmək daha çətindir”.
Aysel Mətləb