Tramp Tokayevi güclü və qətiyyətli lider adlandırdı

Tramp Tokayevi güclü və qətiyyətli lider adlandırdı
12.09.2026 23:00 Dünya

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart Tokayevi güclü və qətiyyətli rəhbər adlandırıb və respublika ilə münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə amerikalı prezidentin Qazaxıstanın müstəqilliyinin gələcək 35 illiyi münasibətilə Tokayevə ünvanladığı təbrikdə deyilir.

"Mən ölkələrimiz arasında genişləndirilmiş strateji tərəfdaşlığı yüksək qiymətləndirirəm və hər iki prezidentlik müddətimdə Sizinlə mənim aramda qurulmuş əla münasibətlərin daha da inkişaf edəcəyinə ümid edirəm", - deyə Tramp təbrikdə qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər