Gürcüstanın keçmiş müdafiə naziri həbs edildi
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri, "Vahid Milli Hərəkat" müxalifət partiyasının liderlərindən olan Giorgi Baramidzeni məhkəməyə qədər həbs edib.
TodayPress TV xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib. İddia olunur ki, keçmiş nazir yalan məlumat yayıb və bununla da Gürcüstanın imicinə ciddi ziyan vurub.
Gürcüstan qanunvericiliyinə görə, G.Baramidzeyə qarşı ittihamlar dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.