Bezengi dərəsində faciə böyüyür - Qar uçqununda ölənlərin sayı 16-ya çatdı
Kabardin-Balkar Respublikasının Bezengi dərəsində aparılan axtarış-xilasetmə əməliyyatı zamanı qar uçqununda həlak olan daha iki alpinistin meyiti tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional şöbəsinin mətbuat xidməti məlumat yayıb.
Bununla da ölənlərin sayı 16-ya çatıb. Məlumatda bildirilir ki, daha bir alpinistin taleyi hələ də məlum deyil.
Qurumdan əlavə edilib ki, hava şəraitinin pisləşməsi, qar və buz uçqunu təhlükəsi səbəbindən ərazidə axtarış-xilasetmə əməliyyatları dayandırılıb. Axtarışların sentyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterindən istifadə etməklə davam etdirilməsi planlaşdırılır.