Kiyevə “yeni” ideyalarla gəldilər, amma... – Zelenskinin ofisindən açıqlama
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Kiyevə son səfərləri zamanı köklü şəkildə yeni ideyalar gətirməyiblər.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov məlumat verib.
"Hələlik köklü şəkildə yeni ideyalar yoxdur, lakin onlar yenilənir. Demək olar ki, köhnə məsələlərin həlli üçün yeni yanaşmalar axtarırıq", — deyə o bildirib.
K. Budanovun sözlərinə görə, danışıqlar prosesini canlandırmaq mümkün olub.
Xatırladaq ki, Uitkoff və Kuşner sentyabrın 5-də Moskvada olublar, burada onları Rusiya Prezidenti Vladimir Putin qəbul edib. Növbəti gün onlar Kiyevdə Volodimir Zelenski ilə görüşüblər.
Aysel Mətləb