Tramp seçicilərinə səsləndi: “Səs verməsəniz, cəhənnəmə gedəcəksiniz”

Tramp seçicilərinə səsləndi: “Səs verməsəniz, cəhənnəmə gedəcəksiniz”
11.09.2026 08:55 Dünya

ABŞ Prezidenti Donald Tramp Texasın Dallas şəhərində keçirilən Respublikaçıların Milli Qurultayında tərəfdarlarını noyabrda keçiriləcək Konqres seçkilərində səs verməyə çağırıb.

TodayPress TV xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, Tramp çıxışı zamanı tərəfdarlarından əl qaldıraraq seçkilərdə səs verəcəklərinə söz vermələrini istəyib.

Trampın çağırışına izdiham əl qaldıraraq cavab verib. Daha sonra ABŞ Prezidenti səsverməyə getməyən seçicilərə sərt mesaj göndərib:

“Səs verməsəniz, cəhənnəmə gedəcəksiniz”.

Qeyd edək ki, ABŞ-də Konqresə ara seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər