Tramp: Qazaxıstan qoşunlarını Qəzzaya göndərəcək
Qazaxıstan Qəzza zolağındakı beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşun və polis göndərən ölkələr arasında olacaq.
TodayPress TV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Vaşinqtonda ABŞ-nin təşəbbüsü ilə yaradılan “Sülh Şurası”da çıxışı zamanı danışıb.
"Albaniya, Kosovo və Qazaxıstan Qəzza zolağında sabitliyi təmin etmək üçün qoşun və polis təmin edəcəklərinə söz veriblər. Misir və İordaniya da son dərəcə güclü Fələstin polis qüvvələrinə çox əhəmiyyətli yardım, qoşun, təlim və dəstək verirlər", - deyə Tramp bildirib.
Aysel Mətləb