Tramp Putindən Ukraynada qeyd-şərtsiz atəşkəs tələb edəcək

Tramp Putindən Ukraynada qeyd-şərtsiz atəşkəs tələb edəcək
14.08.2025 09:24 Dünya

Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Alyaskada keçiriləcək görüşdə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən Ukraynada qeyd-şərtsiz atəşkəs tələb edəcək.

TodayPress TV xəbər verir ki, Barro bunu Avropa İttifaqı ölkələrinin liderləri və ABŞ prezidentinin iştirakı ilə keçirilən videokonfransın yekununda “X” sosial şəbəkəsində açıqlayıb.

Nazirin sözlərinə görə, Tramp bu məsələni Putinlə danışıqlarda şəxsən gündəmə gətirəcəyinə əminlik ifadə edib.

Qeyd edək ki, avqustun 13-də Berlində Ukrayna mövzusunda Avropa liderlərinin iştirakı ilə videokonfrans keçirilib. 

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər