Tramp NATO-nu ABŞ-yə dəstək verməyə çağırdı

Dünya

14.01.2026 17:20

ABŞ Prezidenti Donald Tramp NATO-nun ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirməsinə kömək etməli olduğunu bəyan edib.

TodayPress TV "Kommersant"a istinadən  Donald Tramp NATO-nun Vaşinqtona Qrenlandiya məsələsində dəstək verməli olduğunu bildirib.

O, ABŞ-nin hərbi gücü olmasaydı, NATO-nun təsirli və çəkindirici qüvvə olmayacağını deyib.

Tramp "Truth Social" hesabında yazıb ki, Qrenlandiya ABŞ-nin nəzarətində olarsa, NATO daha güclü olacaq və digər variantlar qəbuledilməzdir. O, əks halda adanın Rusiya və ya Çin tərəfindən ələ keçirilə biləcəyini vurğulayıb.

ABŞ Prezidenti milli təhlükəsizlik arqumentlərini əsas gətirərək Qrenlandiyaya nəzarət etmək marağını dəfələrlə ifadə edib. Ağ Ev bu niyyətlərin ciddi olduğunu təsdiqləyib. Dünən Konqresdə Qrenlandiyaya dövlət statusu verilməsi ilə bağlı qanun layihəsi də təqdim olunub.

Qeyd edək ki, Muxtar Qrenlandiya hökuməti isə adanın ələ keçirilməsi ehtimalını rədd edib.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ Prezidenti Donald Tramp,NATO,Qrenlandiya,Vaşinqton,Todaypress.tv,