Tramp Meksikada hərbi əməliyyatlara başlamaq niyyətini açıqladı

Tramp Meksikada hərbi əməliyyatlara başlamaq niyyətini açıqladı
09.01.2026 12:52 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar tezliklə Meksikada döyüş əməliyyatlarına başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Fox News"a verdiyi müsahibəsində danışıb.

"Biz Meksikanı idarə edən kartellərə qarşı tədbirlər görməyə başlayacağıq. Bu ölkənin başına nə gəldiyini görmək çox kədərlidir", - deyə Ağ Ev lideri bildirib.

O, həmçinin kartellərin ABŞ-də hər il 300.000 insanın ölümünə səbəb olduğunu qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər