Tramp İranla müharibəni davam etdirmək istəməyinin səbəbini açıqladı

Tramp İranla müharibəni davam etdirmək istəməyinin səbəbini açıqladı
06.04.2026 20:10 Dünya

ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək üçün bu ölkə ilə müharibənin davam etdirilməsində maraqlı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Ağ Evdəki Pasxa tədbirində danışıb.

"Əgər bu məndən asılı olsaydı, mən müharibəni davam etdirərdim. Nefti götürərdim, onu özümə saxlayardım və biz çoxlu pul qazanardıq", - deyə o vurğulayıb.

Tramp vurğulayıb ki, ABŞ cəmiyyəti müharibənin başa çatmasının tərəfdarıdır və o, bunu nəzərə almaq niyyətindədir.

O, xalqı xoşbəxt etmək istədiyini söyləyib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər