"Tramp İranın təqsirinin nə olduğuna cavab vermir" - Pezeşkian

Dünya

19.04.2026 17:48

İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın İranı nüvə hüquqlarından məhrum etmək üçün heç bir əsasının olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "İSNA" agentliyi məlumat yayıb.

"Tramp deyir ki, İran öz nüvə hüquqlarından istifadə etməməlidir, lakin onun təqsirinin nə olduğuna cavab vermir. O kimdir ki, xalqı qanuni hüquqlarından məhrum etsin?", - deyə M.Pezeşkian bildirib.

Onun sözlərinə görə, Tehran vəziyyəti elə idarə etməlidir ki, "biz müharibə alovlandırırıq" təəssüratı yaranmasın, əksinə, müdafiə olunuruq.

tag: İran,Pezeşkian,ABŞ,Tramp,Todaypress.tv,