Tramp İranın enerji infrastrukturuna zərbə endirməyəcək
Dünya
07.04.2026 11:28
ABŞ Prezidenti Donald Tramp İranın mülki və enerji infrastrukturuna zərbələri təxirə sala bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Mənbələr bildirir ki, bu, yalnız prezidentin şəxsi qərarına bağlıdır.
Portalın məlumatına görə, Pentaqon rəsmiləri ABŞ rəhbərliyinin İranla razılaşma müddətini uzatmasına ehtiyatla yanaşır. Tramp kabinet üzvləri arasında İrana qarşı ən sərt mövqeni saxlayır, lakin vitse-prezident Ceyms Devid Vens, xüsusi nümayəndə Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner mümkün olduqda Tehranla razılığa gəlməyə çalışılmalı olduğunu düşünürlər.
Mənbələr qeyd edir ki, Ağ Ev Tehranın cavabını "imtina" kimi yox, danışıqlar manevri kimi qəbul edib.
Türkan İsgəndərli
tag: ABŞ,İran,Pentaqon,Enerji,Todaypress.tv,
