Tramp İrandakı nüvə obyektlərinin tamamilə dağıdıldığını açıqladı
ABŞ Prezidenti Donald Tramp “Gecəyarısı "Çəkic"” adlandırdığı əməliyyatın İrandakı nüvə obyektlərinin tamamilə məhv edilməsi ilə nəticələndiyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Trust Social"da paylaşım edib.
Onun sözlərinə görə, bu obyektlərin yenidən bərpası uzun və çətin proses olacaq.
Tramp həmçinin bəzi media qurumlarını tənqid edərək, "CNN" və digər böyük media şəbəkələrinin əməliyyatda iştirak edən pilotlara layiq olduqları hörməti göstərmədiyini iddia edib. O, bu qurumların hər zaman hərbçilərin rolunu kiçiltməyə çalışdığını vurğulayıb.
Prezident media orqanlarına qarşı sərt ifadələr işlədərək onları “məğlublar” adlandırıb.
Jalə Rövşən