Tramp: “İran heç vaxt nüvə silahına sahib ola bilməz!”
ABŞ Prezidenti Donald Tramp 11 sentyabr terror aktlarının ildönümü ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı İranın nüvə silahına sahib olmamalı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Tramp hazırda İranla bağlı fəaliyyət göstərən hərbçilərə ehtiramını ifadə edərək deyib ki, onların əsas məqsədlərindən biri İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir.
“Biz İran İslam Respublikasının – dünyanın əsas terror sponsoru olan ölkənin – heç vaxt nüvə silahı əldə etməməsini təmin edən hərbçilərimizə ehtiramımızı bildiririk”, – deyə Tramp qeyd edib.
Kübra Musayeva