Tramp Hörmüzlə bağlı xəbərdarlıq etdi

Dünya

31.03.2026 17:29

Hörmüz boğazını İrandan qorumaq üçün birgə əməkdaşlıq çağırışına qoşulmaqdan imtina edən dövlətlərə ABŞ bundan sonra kömək etməyəcək. 

TodayPress TV  "Kommersant"a istinadən xəbər verir ki, bunu  ABŞ Prezidenti  Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb. 

O, həmin ölkələri “öz neftlərini istehsal etməyə” və “təkbaşına mübarizə aparmağı öyrənməyə” çağırıb.

Hörmüz boğazına görə reaktiv yanacaq ala bilməyən bütün ölkələr, məsələn, İranın ‘başının kəsilməsi’ əməliyyatında iştirakdan imtina edən Böyük Britaniya üçün təklifim var: birincisi, yanacağı ABŞ-dən alın — bizdə kifayət qədər var; ikincisi isə boğaza gedib sadəcə götürməyə cəsarət edin",- Tramp vurğulayıb. 

Qeyd edək ki, İran martın əvvəlində Hörmüz boğazını bağladıqdan sonra Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələri İran təhdidini aradan qaldırmaq məqsədi ilə bölgəyə gəmilər göndərməyə çağırmışdı. Lakin heç bir ölkə bu çağırışa reaksiyaya vermədi. ABŞ prezidenti NATO ölkələrini öz müdafiəsi üçün “yüz milyardlarla dollar” xərcləməsinə baxmayaraq, Vaşinqtona “heç nə etməməkdə” ittiham edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Hörmüz boğazı,İran,Donald Tramp,Neft ,Todaypress.tv,