Tramp: "Hörmüz boğazını dünya üçün açdıq"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı Çin və dünya üçün “birdəfəlik” açılıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
Onun sözlərinə görə, Çin bu qərardan məmnundur və İrana silah verməməyə razılaşıb.
Ağ Ev rəhbəri vurğulayıb ki, bu addım münaqişədən daha yaxşı həll yoludur. Bununla yanaşı, o bildirib, lazım gələrsə, ABŞ hərbi güc tətbiq etməyə hazırdır.
Tramp həmçinin Çin Prezidenti Si Cinpinlə yaxın zamanda Pekində keçiriləcək görüşə toxunaraq, səfər zamanı isti qarşılanacağını qeyd edib.
Türkan İsgəndərli