Tramp: "Gücümün qarşısını ancaq əxlaqım və ağlım ala bilər"

Tramp: "Gücümün qarşısını ancaq əxlaqım və ağlım ala bilər"
09.01.2026 11:05 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, prezident kimi onun gücünü məhdudlaşdıra biləcək yeganə amil əxlaqı və öz ağlıdır.

TodayPress TV xəbər verir ki, o, bu barədə “New York Times” qəzetinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa münasibət anlayışdan və “beynəlxalq hüququn necə tərif olunmasından” asılıdır. Ağ Ev rəhbəri insanlara zərər vermək istəmədiyini də vurğulayıb.

Müsahibədə Tramp Qrenlandiya üzərində nəzarət məsələsinə də toxunaraq, mülkiyyətin psixoloji və strateji baxımdan çox vacib olduğunu bildirib.

Lider Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi ilə bağlı qərarının Çin və ya Rusiyaya presedent yaradacağı fikrini rədd edib. O, Maduronun ABŞ-yə cinayətkar dəstələr göndərdiyini iddia edərək, Venesuelaya qarşı addımları haqlı sayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər