Tramp Davosda Zelenski ilə görüşəcək
Dünya
21.01.2026 18:50
ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında Ukrayna münaqişəsini İkinci Dünya müharibəsindən bəri ən dəhşətli savaş adlandırıb.
TodayPress TV xəbər verir ki, Tramp bu münaqişənin dayandırılmasının vacibliyini vurğulayıb:
“Bu, İkinci Dünya müharibəsindən bəri ən dəhşətli müharibədir. Biz bu qanlı qırğını dayandırmalıyıq. Hesab edirəm ki, Rusiya Prezidenti Vladimir Putin razılaşma əldə etmək istəyir. Məncə, Ukrayna Prezidenti Volodimir Zelenski də bunu istəyir".
ABŞ lideri əlavə edib ki, əgər 2020-ci ildə ABŞ-də prezident seçkiləri saxtalaşdırılmasaydı, Ukrayna ərazisində bu münaqişə ümumiyyətlə başlamazdı.
Bununla yanaşı, Tramp bu gün — 21 yanvar tarixində Zelenski ilə görüşəcəyini də açıqlayıb.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Davos,Dünya İqtisadi Forumu,Ukrayna ,Todaypress.tv,
