Tramp: ABŞ İrandan nüvə materiallarının çıxarılmasını istəyir

Tramp: ABŞ İrandan nüvə materiallarının çıxarılmasını istəyir
23.03.2026 19:25 Dünya

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ, digər məsələlərlə yanaşı, İrandan nüvə materiallarının çıxarılmasını da istəyir .

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, o deyib:

"Biz nüvə bombası, nüvə silahı görmək istəmirik. Biz Yaxın Şərqdə sülh istəyirik. Biz "nüvə tozu" istəyirik və düşünürəm ki, buna nail olacağıq".

Tramp əlavə edib ki, ABŞ hazırda İran nümayəndələri ilə telefonla əlaqə saxlayır, lakin Vaşinqton tezliklə İslam Respublikasının hakimiyyəti ilə üzbəüz görüş keçirməyi gözləyir.

Amerika prezidenti əlavə edib ki, öz növbəsində, İran artıq ABŞ ilə təmaslar zamanı nüvə silahı istehsal etməmək barədə razılığa gəlib.

Nicat Osman

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər