Tom Nunen vəfat etdi
Amerikalı aktyor Tom Nunen 74 yaşında vəfat edib.
TodayPress TV bildirir ki, bu barədə həmkarı Karen Sillas məlumat verib.
"Mənim əziz dostum və tərəf müqabilim Tom Nunen 2026-cı ilin Sevgililər Günündə dinc şəkildə həyata gözlərini yumub", - deyə o yazıb.
Sillas aktyorun ölüm səbəbini açıqlamayıb.
Ümumilikdə Nunen 87 filmdə rol alıb.
Aynur TAC