Tokayev 4 yüksək rütbəli hərbçini vəzifədən azad etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifəsindən azad edib.
TodayPress TV xəbər verir ki, Prezidentin mətbuat xidmətinin məlumatına görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və ölkənin ilk müdafiə naziri Kanış Abubəkirov, müdafiə nazirinin müavini Almaz Cumakeyev və Hərbi Dəniz Qüvvələrinin baş komandanı Kanat Niyazbekov vəzifələrindən kənarlaşdırılıblar.
Bu, Qazaxıstan ordusunda son günlər baş verən ikinci böyük kadr dəyişikliyidir.
Xatırladaq ki, sentyabrın 27-də Xəzər dənizində hərbi təlim zamanı baş verən hadisədən sonra Tokayev Dauren Kosanovu müdafiə naziri vəzifəsindən azad etmişdi.
Hadisə sentyabrın 24-də Xəzər sahilində keçirilən döyüş hazırlığı təlimləri zamanı baş verib. Rəsmi məlumata görə, 17 hərbçi dənizə düşüb, onlardan 3-ü xilas edilib.
Tokayev hadisənin bütün hallarının araşdırılması üçün hökumət komissiyasının yaradılmasına tapşırıq verib.
Türkan İsgəndərli