Əhmədlidə ərzaq köşkündə yanğın: Ölən var

Əhmədlidə ərzaq köşkündə yanğın: Ölən var
03.10.2026 12:02 Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.

Köşk yanğından mühafizə olunub.

Məlumata görə,  köşkün gözətçisi olan A. Əliyev ürək tutması nəticəsində yanan peçin üzərinə yıxılıb. Köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər