Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.