İtaliya və ABŞ İŞİD-ə qarşı İraqdakı koalisiya missiyasını başa çatdırdı

İtaliya və ABŞ İŞİD-ə qarşı İraqdakı koalisiya missiyasını başa çatdırdı
03.10.2026 14:41 Dünya

İtaliya və ABŞ oktyabrın 1-də Romada İŞİD-lə mübarizə üzrə Qlobal Koalisiyanın siyasi direktorları və yüksək vəzifəli diplomatlarının görüşünü keçirib.

TodayPress TV xəbər verir ki, görüşün yekununda qəbul edilən birgə bəyanatda koalisiyanın İraq və Suriyada sabitliyin gücləndirilməsindəki rolu təsdiqlənib.

Sənəddə bildirilib ki, koalisiya İraq hökumətinin terror qruplaşmasının yenidən təşkilatlanmasının qarşısını almaq səylərini dəstəkləyir. Bununla əlaqədar olaraq koalisiyanın İraqdakı mandatının başa çatdığı qeyd edilib.

Suriyada isə iştirakçılar İŞİD-in yaratdığı təhlükənin davam etdiyini bildirərək, terrorla mübarizədə Qərb ölkələri ilə əməkdaşlığa hazır olan tərəfdaşla işləməyin vacibliyini vurğulayıblar.

Bundan əlavə, koalisiyaya üzv ölkələr Suriyanın terrorla mübarizə imkanlarının gücləndirilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması və İraq və Suriyada məcburi köçkünlərə və saxlanılan şəxslərə yardım göstərilməsi üçün 75 milyon dollardan çox vəsait ayırıb.

Qeyd edək ki, ABŞ və müttəfiqlərinin İŞİD-ə qarşı keçirdiyi “Məhdud Qətiyyət” əməliyyatı 30 sentyabr 2026-cı ildə İraqda rəsmi olaraq başa çatıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər