“Avtovağzal” metrosunda sərnişin vəfat etdi

“Avtovağzal” metrosunda sərnişin vəfat etdi
03.10.2026 15:31 Hadisə

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.

TodayPress TV Trend-ə istinadla xəbər verir ki, , hadisə günorta saatlarında baş verib.

Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib.

Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.

“Bakı Metropliteni” hadisəni təsdiq edib.

“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”,- deyə qurumdan bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər