Ərdoğandan Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı təbrik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb.
TodayPress TV xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:
"Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imkan verən Naxçıvan Sazişinin 17-ci ildönümü və Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə ürəkdən təbriklərimi bildirirəm. "Dildə, fikirdə, işdə birlik" şüarı ilə addım atdığımız bu qardaşlıq yolunda birliyimizin, bərabərliyimizin və həmrəyliyimizin əbədi və davamlı olmasını arzu edirəm".