Səudiyyə Ərəbistanı husilərə qarşı böyük əməliyyata hazırlaşır – ABŞ iştirak etməyəcək

Səudiyyə Ərəbistanı husilərə qarşı böyük əməliyyata hazırlaşır – ABŞ iştirak etməyəcək
03.10.2026 13:16 Dünya

Səudiyyə Ərəbistanı Yəmən hökuməti ilə birlikdə husilərin mövqelərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazırlaşır. ABŞ isə hələlik əməliyyata birbaşa qoşulmaq niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, Ər-Riyad son həftələr ərzində ikinci dəfə Vaşinqtondan əməliyyata hərbi dəstək və husilərə qarşı hava zərbələrində iştirak etməsini istəyib. Lakin ABŞ bu müraciəti hələlik qəbul etməyib.

Bildirilib ki, Vaşinqtonun mövqeyi əməliyyat zamanı ciddi problemlərin yaranacağı təqdirdə dəyişə bilər.

“Axios” yazır ki, Səudiyyə Ərəbistanı əməliyyat planını bir neçə həftə ərzində hazırlayıb və plan hökumət tərəfindən bir neçə gün əvvəl təsdiqlənib. Məqsədlər arasında Qırmızı dəniz sahillərində husilərin nəzarətində olan ərazilərin geri alınması və strateji Bab əl-Məndəb boğazına nəzarətin bərpası da var.

ABŞ hazırda Səudiyyə Ərəbistanına birbaşa döyüş əməliyyatlarına qoşulmadan dəstək göstərir. Bu dəstəyə əsasən kəşfiyyat və hədəfləmə məlumatlarının təqdim edilməsi daxildir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər