Litvada tullantı böhranı: Ölkədə fövqəladə vəziyyət elan edilə bilər

Litvada tullantı böhranı: Ölkədə fövqəladə vəziyyət elan edilə bilər
03.10.2026 13:58 Dünya

Litva tullantıların idarə olunması ilə bağlı yaranan problemlər səbəbindən milli fövqəladə vəziyyət elan etməyi müzakirə edir.

TodayPress TV xəbər verir ki, “Vzglyad” qəzetinin məlumatına görə, problem əsasən Vilnüsdəki tullantı emalı müəssisəsində 2025-ci ilin aprelində baş verən yanğından sonra yaranıb.

Yanğından sonra müəssisənin tam gücü ilə fəaliyyətini bərpa edə bilmədiyi bildirilir. Bu isə tullantıların yığılması ilə bağlı ciddi problemlərə səbəb olub.

Məlumata görə, 2026-cı ilin iyul ayına qədər Litvada emal olunmamış tullantıların həcmi 20 min tonu keçib.

Hazırda yaranmış vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün fövqəladə tədbirlərin görülməsi məsələsi müzakirə olunur.

Qeyd edək ki, Litvada tullantıların idarə olunması ilə bağlı problemlər son dövrlərdə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər